Zelenski Kulebanın istefası barədə açıqlama verib

“Dmitri Kuleba ona görə vəzifəsindən istefa verdi ki, onun Ukrayna ordusunun silahla təminatı məsələsini həll etməyə enerjisi çatmırdı.

 

Azinformasiya.az “UNIAN“a istinadən xəbər verir ki, bunu hakim “Xalqın Xidmətçisi” partiyasının iclasında Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Ukrayna lideri bildirib ki, sabiq ədliyyə naziri D.Malyuskanın yeni vəzifəsini açıqlaya bilməz. Bundan başqa, prezidentin sözlərinə əsasən, ədliyyə naziri postundan onun özü ayrılmaq istəyib.

V.Zelenski, həmçinin Baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya məsələləri üzrə müavini Olqa Stefanişinanın işindən razılıq ifadə edib.

Toplantıda müzakirə edilən məsələlər arasında ölkəni tərk edən ukraynalıların geri qaytarılması ilə məşğul olacaq nazirliyin yaradılması da olub.

Lakin sözügedən quruma rəhbərlik edəcək şəxsin adı açıqlanmayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir