“Biz ABŞ-la kasetli bombalara dair müəyyən detallarda razılaşa bilmirdik. Konqresdə bu qərara qarşı çıxanlar vardı. ABŞ-da bəziləri bu silahların verilməsi perspektivini dəstəkləmirdi, lakin biz bu çətinliklərin öhdəsindən gəldik. Buna görə ABŞ hökumətinə təşəkkür edirəm”.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Vilnüs sammiti çərçivəsində NATO Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə əsasən, Rusiya davamlı şəkildə bu silahı Ukraynaya qarşı istifadə edir: “Biz bəyan etmişik ki, bu silah-sursat Ukraynanın işğal olunmuş torpaqlarında hərbi hədəflərə qarşı istifadə ediləcək. Biz bu silahı başqa ölkə ərazisində istifadə etməyəcəyik. İşğalçılar bizim vətəndaşlarımızı öldürür, ərazilərimizi işğal edir. Bu, ədalətli deyil, biz özümüzü müdafiə edirik”.
Ukrayna dövlət başçısı uzaqmənzilli silahlara ehtiyaclarının olduğunu etiraf edib və vurğulayıb ki, tərəfdaşlarla görüşlərdə bu məsələni qaldırıblar.
Azinformasiya.az