Zelenski İsveç Baş naziri ilə Gripen qırıcılarının Kiyevə transferini müzakirə edib

Ukrayna və İsveç Gripen qırıcılarının Kiyevə transferini müzakirə edir, ukraynalı pilotlar artıq bu təyyarələrdə sınaq uçuşlarına başlayıblar.

 

Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Stokholmda İsveçin Baş naziri Ulf Kristerssonla danışıqlardan sonra birgə mətbuat konfransında bildirib.

Zelenski qeyyd edib ki, o, İsveç parlamentinin spikeri Andreas Norlen və İsveç siyasi partiyalarının nümayəndələri ilə danışıqlarda əsas məsələlərdən biri kimi Kiyevə döyüş təyyarələrinin ötürülməsi məsələsinə toxunacaq.

Bundan başqa, Ukrayna lideri vurğulayıb ki, sabah və biri gün bir neçə ölkə ilə Rusiyanı səmadakı üstünlüyündən məhrum etmək barədə danışıqlar aparmaq niyyətindədir, amma təfərrüatları açıqlamayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir