Zelenski İstanbul danışıqlarına getmək üçün şərtini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçiriləcək danışıqlarda yalnız bir halda iştirak edəcəyini bildirib.

 

Azinformasiya.az “Reuters”ə istinadən xəbər verir ki, Zelenskinin yeganə şərti danışıqlarda Vladimir Putinin də şəxsən iştirak etməsidir.

Zelenskinin sözlərinə əsasən, şərtsiz 30 günlük atəşkəs razılaşması danışıqların əsas məqsədlərindən biridir.

O bildirib ki, Rusiya ilə sülhə aparan yolun başlanğıcı məhz bu addımdan keçməlidir.

“Biz müharibənin sonunun başlanğıcı ilə bağlı razılığa gəlmək istəyirik. Putin isə mənimlə birbaşa danışıqlardan qorxur”, – deyə Zelenski vurğulayıb.

Ukrayna lideri, həmçinin qeyd edib ki, əgər danışıqlar baş tutmasa, ABŞ və Avropa İttifaqından Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olunmasını gözləyir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir