Ukrayna prezidenti Volodimir Zelenski ikinci prezidentlik müddətinə namizəd olub-olmayacağını hələ də dəqiq bilmədiyini bildirib.
Onun sözlərinə əsasən, bu məsələ Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin necə başa çatacağından asılı olacaq. Bununla belə, Zelenski bəzən bu barədə düşündüyünü də etiraf edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə o, bunu “Český rozhlas Plus” radiosuna verdiyi müsahibədə deyib.
“Bəzən düşünürəm. Bəzən, bəli, düşünürəm”, – deyə Zelenski vurğulayıb. Həmçinin ondan müharibə bitdikdən sonra şəxsi olaraq nə etmək istədiyi ilə bağlı arzularının olub-olmadığı da soruşulub.
“Bəzən sadəcə uşaqlarımla bir az daha çox vaxt keçirmək istəyirəm. Açığı, bu gün üçün artıq harada olmasının elə də fərqi yoxdur”, – deyə Ukrayna prezidenti bildirib.
Azinformasiya.az