Zelenski: Heç bir ərazi güzəşti olmayacaq

Heç bir ərazi güzəşti olmayacaq.

 

Azinformasiya.az  xəbər verir ki, bu bəyanatı Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının iclası öncəsi jurnalistlərə bildirib.

“Heç bir ərazi güzəşti olmayacaq. Ukraynanın suverenliyi və ərazi bütövlüyü danışıqlar mövzusu deyil”, – Zelenski vurğulayıb.

Qeyd edək ki, bu gün Brüsseldə keçirilən iclasın əsas mövzularından biri Ukraynaya dəstəyin gücləndirilməsi olacaq.

Sammitdən əsas gözlənti — Avropa İttifaqı liderlərinin Ukraynaya dondurulmuş Rusiya aktivləri hesabına reparasiya krediti ayırmaq barədə prinsipial razılığa gəlməsidir.

Bu qərar qəbul olunarsa, Ukraynanın iqtisadi və müdafiə dayanıqlığının artırılmasına mühüm töhfə veriləcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir