Zelenski hərbi vəziyyətin uzadılması ilə bağlı qanun layihəsini Radaya təqdim edib

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin uzadılması və ümumi səfərbərlik haqqında qanun layihələrini Ali Radaya təqdim edib.

 

Azinformasiya.az Radanın saytına istinadən xəbər verir ki, hər iki qanun layihəsi artıq Rada rəhbərliyinə baxılmaq üçün təqdim olunub. Sənədlərin mətnləri hələ dərc olunmayıb.

Deputat Yaroslav Jeleznyak hərbi vəziyyət və ümumi səfərbərliyin noyabrın 15-ə kimi uzadılması ehtimalının olduğunu vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir