Ukrayna prezidenti Vladimir Zelenski Xirosimada Yeddilik Qrupu (G7) sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.
Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bu, onların Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlamasından bəri ilk görüşüdür.
“Yaponiyaya səfərim və G7 sammitində iştirakım çərçivəsində mən Hindistanın Baş naziri Narendra Modi ilə görüşdüm”, – Zelenski Teleqram kanalında yazıb.
Zelenski Modiyə Kiyevin irəli sürdüyü “sülh formulu” haqda danışıb və Hindistanı ona qoşulmağa dəvət edib.
Ukrayna dövlət başçısı sammit çərçivəsində, eyni zamanda Böyük Britaniyanın Baş naziri Rişi Sunak və İtaliyanın Baş naziri Corca Meloni ilə görüşüb.
Azinformasiya.az