Zelenski F-16 qırıcılarının Ukraynaya gəlməyini təsdiqləyib

Ukrayna prezidenti Vladimir Zelenski Kiyev vilayətindəki Vasilkov aerodromundan F-16-ların videosunu yayımlayıb.

 

Azinformasiya.az  xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski F-16 qırıcılarının respublika ərazisinə gəldiyini video görüntülərlə təsdiqləyib.

Onun sözlərinə əsasən, ukraynalı pilotlar artıq texnikadan istifadə etməyə başlayıblar.

“F-16-lar Ukraynadadır. Biz bunu təmin etdik”, – deyə Zelenski bildirib. O, eyni zamanda ABŞ, Danimarka və Hollandiyaya Ukraynanın döyüş təyyarələrinin verilməsi xahişini qəbul etdiklərinə görə təşəkkür edib.

İlk Ukrayna F-16 qırıcıları qısa və orta mənzilli hava-hava raketləri ilə təchiz edilib. Təyyarələr pilotsuz təyyarələrə və qanadlı raketlərə qarşı mübarizədə istifadə olunacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir