Zelenski F-16 qəzasından sonra Hərbi Hava Qüvvələrinin komandanını işdən çıxarıb

Volodimir Zelenski F-16 qəzasından sonra Ukrayna Hərbi Hava Qüvvələrinin komandanını vəzifəsindən azad edib.

 

Azinformasiya.az  xəbər verir ki, dövlət başçısı bu barədə sərəncam imzalayıb.

“Nikolay Nikolayeviç Oleşçuk Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad edilsin”, – sərəncamda deyilir.

Qeyd edək ki, “The Wall Street Journal” nəşri Qərbdən Ukraynaya verilən ilk F-16 təyyarələrindən birinin qəzaya uğramasına dair məlumat yayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir