Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Ermənistandakı səfiri İvan Kulebanı geri çağırıb.
Azinformasiya.Az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam Ukrayna dövlət başçısının rəsmi saytında yerləşdirilib.
Bundan əlavə, Ukraynanın Litva, Misir, Əfqanıstan və Tacikistandakı səfirləri vəzifələrindən azad edilib.
Qeyd edək ki, İvan Kuleba 2019-cu ilin dekabrından Ukraynanın Ermənistandakı diplomatik missiyasına rəhbərlik edib. Bundan əvvəl o, Qazaxıstanda səfir olub. Bununla yanaşı, İvan Kuleba Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın atasıdır.