Zelenski: “Düşmənə çox konkret və ədalətli cavab hazırlayırıq”

Ukrayna Rusiya ordusunun Xarkova qarşı törətdiyi terrora konkret cavab hazırlayır.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna lideri Telegram-da yazıb.

Zelenski qeyd edib ki, o, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski ilə əlaqə saxlayır. “Biz cəbhədəki vəziyyəti ətraflı müzakirə etdik və gələcək fəaliyyətlərimizi planlaşdırdıq”, – prezident vurğulayıb.

Bundan başqa, müdafiə naziri Rustem Umerov sursatla bağlı vəziyyət barədə məlumat verib. “Biz əlimizdən gələni edirik ki, hər bir döyüş briqadası dövləti müdafiə etmək üçün lazım olan hər şeyə malik olsun”, – deyə Zelenski bildirib.

“Rusiya bir dəqiqə belə dayanmır. Biz xalqımızı etibarlı müdafiə ilə təmin etməyə çalışırıq. Biz düşmənə çox konkret və ədalətli cavab hazırlayırıq”, – Zelenski diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir