Zelenski: Dialoq axtarmalıyıq, amma təslim olmaq fikrimiz yoxdur

Əbu-Dabidə Rusiyanın cavabları müzakirə olunacaq.

 

Azinformasiya.az  “RBC-Ukraine”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə NATO Baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında bildirib.

Zelenski həmçinin qeyd edib ki, Ukrayna nümayəndə heyəti Rusiyanın hansı kompromislərə gedə biləcəyini nəzərdən keçirəcək.

“Fikrimcə, bizim qrup da bunu bilir və mən də deyirəm ki, biz dialoq axtarmalıyıq, lakin heç kim təslim olmaq fikrində deyil”, – Zelenski bildirib.

O, eyni zamanda Ukraynanın ABŞ tərəfindən təklif edilən deeskalasiya addımlarını dəstəkləyəcəyini qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir