Zelenski: Bütün dünya Krım uğrunda mübarizədə Ukraynanın yanındadır

“Bütün dünya ümumi amalımız olan Krım uğrunda mübarizədə Ukraynanın yanındadır”.

 

Azinformasiya.az  “Unian“a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Krım tatarlarının üzləşdiyi faciənin xatirəsinə həsr olunan kompleksin açılışında deyib.

O bildirib ki, Krımın yenidən Ukraynanın tərkibinə qaytarılması ilə ədalət bərpa olunacaq.

“Krım yalnız ərazi yox, həm də bizim qəlbimizin bir parçası, eləcə də eyni dil, mədəniyyət və ənənələrə malik insanların sülh, eləcə də harmoniya içərisində yaşadığı torpaqdır. Biz təkcə Krımın geri qaytarılması deyil, ədalətin bərpası və bu bölgənin sakinlərinin öz evlərinə qayıtmaq hüququ uğrunda mübarizə aparırıq”, – Zelenski vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir