Zelenski beynəlxalq ictimaiyyəti Rusiyada hakimiyyət dəyişikliyinə çağırıb

Ukrayna prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyəti Rusiyada hakimiyyət dəyişikliyinə çağırıb.

 

Azinformasiya.az  xəbər verir ki, Zelenski əks təqdirdə Rusiyanın öz qonşularının vəziyyətini pisləşdirə biləcəyi fikrindədir.

“Bu müharibəni Rusiya başladıb və məncə, onlar bu müharibəni bitirməyə məcbur edilə bilər. Lakin dünya Rusiyadakı rejimi dəyişməyə çalışmasa, bu o deməkdir ki, hətta müharibə bitəndən sonra da Moskva öz qonşuluğundakı ölkələri destabilizə etməyə çalışacaq”, – Ukrayna lideri vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir