Zelenski Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə başsağlığı verib

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Volodimir Zelenski dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığını çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını diləyib.

Dövlət başçısı göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir