Zelenski: Avropanın Rusiyanın hava məkanını pozmasına reaksiyası zəif olub

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Avropa hava məkanını pozmasına münasibət bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ukrayna lideri “Axios”a musahibəsində deyib.

Onun sözlərinə əsasən, Avropanın Rusiyanın hava məkanını pozmasına reaksiyası zəif olub.

“Çox zəif reaksiya. Hər şeyi vurmalı idilər. Əgər kimsə sənin torpaqlarındadırsa, xalqını öldürürsə, cavab verməlisən. Əgər reaktivlər sənin hava məkanındadırsa, onları bloklamalısan”, – Zelenski vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir