Zelenski Alyaskadakı danışıqların nəticələrini tanımayacağını bəyan edib

Ukrayna Rusiya və ABŞ arasında Alyaskada keçiriləcək danışıqların nəticələrini tanımayacaq.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Gənclər buradadır” forumunda çıxışı zamanı deyib.

“Ukrayna haqqında Ukraynasız danışmaq mümkün deyil və bunu heç kim qəbul etməyəcək. Ona görə də bu danışıqlar onların ikitərəfli gündəliyi üçün əhəmiyyətli ola bilər, lakin Ukrayna ilə bağlı bizsiz heç bir qərar qəbul edə bilməzlər. Ümid edirəm ki, ABŞ prezidenti bunu anlayır və nəzərə alır”, – Zelenski vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir