Ukrayna Prezidenti Vladimir Zelenski britaniyalı aktyor, UNİCEF-in xoşməramlı səfiri Orlando Blum ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu haqda Prezidentin Teleqram kanalında məlumat verilib.
Orlando Blum humanitar yardımın göstərilməsi və infrastrukturun bərpası üzrə layihələri dəstəkləyəcək, əsas diqqət ukraynalı uşaqların maraqlarının təmin edilməsinə yönəldilmişdir. Öncəliklər arasında valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə qayğısı sisteminin inkişafı, erkən yaşlarda uşaqların inkişafı üçün infrastrukturun inkişafı, eləcə də gənclər üçün layihələrin və startapların yaradılması daxildir.
Azinformasiya.az