Zelenski: Aİ-nin Rusiya əlehinə 20-ci sanksiya paketi üzərində işləyirik

“Avropa strukturları ilə Avropa İttifaqının 20-ci sanksiya paketinin detalları üzərində işləyirik və əsas vəzifə Avropa sanksiyalarının Putinin enerji aktivlərinə və onunla əlaqəli oliqarxlara təzyiqi genişləndirməsidir”.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalına məlumat yayıb.

Cari ilin sonunadək Rusiyaya məxsus subyektlərə və ona yardım edənlərə qarşı sanksiya paketinin hazırlandığını qeyd edən Zelenski bu sanksiyaları təkcə Rusiyadan olanları deyil, eyni zamanda Cindən olan subyektləri əhatə edəcəyini bildirib.

“Kanadanın yeni sanksiya paketi də hazırlanır – bu işə görə təşəkkür edirik. Ukrayna sanksiyaların sinxronlaşdırılması proseslərini də davam etdirəcək”, – o vurğulayıb.

 

Azinformasiya.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir