Zelenski: ABŞ-ın hazırladığı sənəd üzərində çalışırıq, bu, layiqli sülhü təmin edəcək plan olmalıdır

Ukraynaya, bütün xalqımıza prinsipial dəstəyinizə görə təşəkkür edirik.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniya Baş naziri Kier Starmer və Almaniya Kansleri Fridrix Mertzlə birgə telefon danışığına dair bildirib.

O, Fransa, Britaniya və Almaniya liderləri ilə Ukrayna və bütün Avropa üçün sülh planını müzakirə etdiklərini vurğulayıb.

“ABŞ, Prezident Tramp və onun komandasının bu müharibəni bitirmək səylərini qiymətləndiririk. Amerika tərəfinin hazırladığı sənəd üzərində işləyirik. Bu, real, layiqli bir sülh təmin edəcək bir plan olmalıdır. Biz əsas mövqelərimizin nəzərə alınmasını təmin etmək üçün yaxından koordinasiyalı şəkildə çalışırıq. Növbəti addımlarımızı koordinasiya etdik və komandalarımız aidiyyəti üzrə birlikdə işləyəcək”, – Zelenski vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir