Zelenski: ABŞ danışıqlardan çıxa bilər, Ukrayna üçün çətin olacaq

Ukrayna sentyabr ayına qədər cəbhədə Rusiyanın, danışıqlarda isə ABŞ-ın ağır təzyiq dövrünə girir.

 

Azinformasiya.az  Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.

Onun sözlərinə əsasən, avqust ayında ABŞ danışıqlardan çıxa bilər.

“Əgər Rusiya deeskalasiya yolunu seçərsə, mən hesab edirəm ki, üçtərəfli görüş keçiriləcək. Və onlar bunu aprel, may və ya iyun aylarında keçirməyə çalışacaqlar. Düşünürəm ki, bunlar onlar üçün əsas aylardır. Və düşünürəm ki, sentyabr ayına qədər bizim üçün çox çətin olacaq. Bu yaz-yay dövrü həm siyasi, həm də diplomatik baxımdan çətin olacaq. Ukraynaya təzyiq ola bilər. Bu, döyüş meydanında da olacaq”, – Zelenski vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir