Ukrayna müharibəni sonlandırmaq üçün hazırlanmış əsas 20 maddəli planın referendumda təsdiqlənməsinin vacib olduğunu hesab edir.
Azinformasiya.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə əsasən, Ukrayna və ABŞ-ın mövqeyi ortaqdır. Müharibəni diplomatik yolla sonlandırmaq və Rusiyanı sülhə məcbur etmək lazımdır.
“Sülhün alternativi yoxdur. Biz hesab edirik ki, amerikalılarla mövqeyimiz birdir. Müharibəni diplomatik yolla sona çatdırmaq lazımdır. Rusiyanı buna məcbur etmək lazımdır”, – Zelenski vurğulayıb.
Azinformasiya.az