Ukrayna artıq Qərb mediası üçün maraqlı deyil.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz teleqram kanalında yazıb.
O bildirib ki, Qərb mediası artıq Ukrayna ilə hətta anti-Rusiya təxribatları formasında belə maraqlanmır.
“Sergey Lavrovun Skopyedəki mətbuat konfransı təxminən 1,5 saat davam edib. Qərb mediası artıq Ukrayna ilə maraqlanmır, hətta anti-Rusiya təxribatları formasında belə. Mövzunu (Ukrayna mövzusunu – red.) söndürüblər. Lakin biz Zelenskini rahat buraxmayacağıq”, – deyə Zaxarova vurğulayıb.
Azinformasiya.az