Zaxarova: Solovyovun fikirləri Rusiyanın rəsmi mövqeyi deyil

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya” telekanalının aparıcısı Vladimir Solovyovun “Rusiya Ermənistana və Mərkəzi Asiya ölkələrinə qarşı xüsusi hərbi əməliyyat keçirməlidir” açıqlamasına münasibət bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə rusiyalı telejurnalistin dedikləri ətrafında manipulyasiya aparıldığını söyləyib.

“Bu cür manipulyasiya ilə məşğul olmaq sadəcə, qəbuledilməzdir. Birincisi, bu, jurnalistin fikridir. İkincisi, bu fikir “Solovyov.Life” özəl kanalında ifadə edilib. Üçüncüsü, bu fikir əslində sual kimi formalaşdırılıb (mən birbaşa çıxışa əsaslanırdım). Bu, bir bəyanat deyildi, bir sual idi — bilmirəm, ritorik idi, yoxsa başqa bir şey, buna cavab vermək mənim işim deyil. Dördüncüsü, bu ifadələr divan analitikləri tərəfindən aydın, tamamilə açıq şəkildə, təxribatçı şəkildə, demək olar ki, Rusiyanın rəsmi mövqeyi kimi təqdim edilib”.

Zaxarova Solovyovun məlum fikirlərinin Rusiyanın rəsmi mövqeyi olmadığını bildirib. Onun sözlərinə əsasən, Rusiyanın rəsmi mövqeyi yalnız dövlət qurumlarının səlahiyyətli şəxslərı tərəfindın səsləndirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir