NATO-nun Cənubi Qafqazdakı fəallığı destruktiv xarakter daşıyır.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə əsasən, NATO-nun əsl məqsədi regionu Rusiya ilə qarşıdurma meydanına çevirmək, ölkələri bir-birinə qarşı qoymaq, sonra isə bundan faydalanmaqdır.
“Moskva o mövqedən çıxış edir ki, regionda qərarlar bu region ölkələrinin özləri tərəfindən qəbul edilməlidir”, – deyə Zaxarova vurğulayıb.
Azinformasiya.az