Zaxarova: Moskva və Bakı Rusiya vətəndaşlarının tezliklə qayıtması üçün əsaslı dialoq aparır

Moskva və Bakı Rusiya vətəndaşlarının tezliklə Rusiya Federasiyasına qayıtması üçün əsaslı dialoq aparırlar.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə əsasən, iki ölkənin müvafiq qurumları Rusiya vətəndaşlarının tezliklə ölkəyə qayıtması üçün predmetli dialoq aparırlar.

Zaxarova Bakıda həbs olunmuş rusiyalı jurnalistlər – “Sputnik Azərbaycan”ın baş direktoru İqor Kartavıx və şef-redaktoru Yevgeni Belausovun Rusiyaya qaytarıldığını xatırladıb.

Rusiya XİN sözçüsü Bakıda həbsdə olan Dmitri Fyodorova ixtisaslaşmış tibbi yardımın göstərilməsi və görüş üçün Rusiya səfirliyinin rəsmi Bakıya təkrar müraciət etdiyini bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir