Zaxarova Latviyanın rusiyalıları deportasiya etmək qərarını pisləyib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Latviyanın rusiyalıları deportasiya etmək qərarını pisləyib.

 

Azinformasiya.az  xəbər verir ki, TASS-a müsahibəsində Rusiya XİN sözçüsü Riqanın məlum qərarının yaşlılara və xəstələrə münasibətdə qeyri-humanist olduğunu söyləyib.

Diplomat vurğulayıb ki, rusiyalıların Latviyadan kütləvi deportasiyası təhlükəsindən danışmaq hələ tezdir.

Onun sözlərinə əsasən, Rusiyanın Riqadakı səfirliyi deportasiya ilə üzləşən həmvətənlərə maksimum yardım göstərməyə çalışır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir