Zaxarova Ermənistanda Rusiya əleyhinə plakata görə ABŞ səfirliyini ittiham edib

Rusiya İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun İrəvana səfəri ərəfəsində Ermənistan paytaxtındakı Kiyev körpüsündən Rusiya əleyhinə plakatın asılmasına münasibət bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə məlum aksiya ilə bağlı ABŞ səfirliyini ittiham edib.

O xatırladıb ki, ABŞ-ın Ermənistandakı səfirliyində 2 minə yaxın adam işləyir. “Görünür, bəzilərinin USAID xətti ilə köçürülən pulları hələ tükənməyib, ona görə də bu cür layihələrə xərcləyirlər.

ABŞ səfirliyində başa düşməyiblər ki, Rusiya-Ermənistan münasibətlərini pozmaqla deyil, Rusiya-Amerika münasibətlərini gücləndirməklə məşğul olmaq lazımdır”.

Zaxarova, eyni zamanda aksiyanın dünyanın bir çox yerlərində pul ilə həyata keçirildiyi söyləyib və bunu işlənmiş adlandırıb.

“Bizim Ermənistanla təkcə müzakirə üçün deyil, həm də konkret tətbiqi praqmatik iş üçün bütün istiqamətlər üzrə geniş gündəliyimiz var. Həm də bilirik ki, azlıqların çoxu bunu sevmir. Ona görə də biz konstruktiv, müsbət gündəmə istiqamətlənmişik”, Rusiya XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov mayın 21-22-də İrəvana işgüzar səfərə gedəcək. Səfər öncəsi İrəvanda körpüdən Rusiya prezidenti Vladimir Putinin üzərinə “qatil” yazılmış fotosu və Ukrayna müharibəsinə dair yazının əks olunduğu böyük plakat asılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir