Zaxarova: Azərbaycan və Rusiya üçün dostluq münasibətləri olduqca vacibdir

“Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri son dərəcə vacibdir”.

 

Azinformasiya.az  TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Məncə, hər iki xalq üçün dostluq münasibətləri həqiqətən də son dərəcə vacibdir. Onları korlamaq istəyənlər isə nə etdikləri barədə yaxşı düşünməlidirlər”, – Zaxarova vurğulayıb.

“Sputnik Azərbaycan”ın fəaliyyətinə də toxunan XİN sözçüsü qeyd edib ki, onun əməkdaşlarının əksəriyyəti Azərbaycan vətəndaşları olmasına baxmayaraq, orada Rusiya vətəndaşları da çalışıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir