“Azərbaycanda onkoloji xəstəliklərin icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur, bu istiqamətdə araşdırma aparılır”.
Azinformasiya.Az-ın xəbərinə görə, bunu bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
O qeyd edib ki, onkoloji xəstəliklərlə bağlı xüsusi dövlət proqramı var:
“Amma tələb çox olduğuna görə növbəti illərdə biz onkoloji xəstəlikləri xidmətlər zərfinə sala bilərik. Biz bu istiqamətdə araşdırmalar aparırıq, onkoloji xəstəliklərin xərclərini müəyyən etmək istiqamətində işlər həyata keçiririk”, – deyə Z.Əliyev əlavə edib.