Zaqatalada yol qəzası olub, ölən və xəsarət alan var

Zaqatalada yol qəzası olub, ölən və xəsarət alan var.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Muxax-Yuxarı Çardaqlar avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində qeydə alınıb. Qoşqulu motosikletlə Qaz-24 markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, motosikletçi aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Daha bir nəfərin isə xəsarət aldığı bildirilir. Yaralı Zaqatala rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir