Bu gün saat 17:27-də Zaqatala rayonunun Aşağı Tala kənd inzibati ərazisində rayon sakini Bayram Məmməd oğlu Vanasiyevə aid, ümumi sahəsi 150 kvadrat metr olan yağ sexində yanğın baş verib.
Azinformasiya.Az Leqal.info-ya istinadən xəbər verir ki, Yanğın nəticəsində sexin dam örtüyünün 50 kvadrat metrlik sahəsinin yanar konstruksiyaları və seçin içində yerləşən 2 ədəd aparatın yandığı bildirilir. Sexin digər hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Sözügedən yanğın əsnasında xəsarət alan olmayıb.
Faktla əlaqədar araşdırma aparılır.
Leyla Kamil
Leqal.info