Zaqatalada minik avtomobilləri toqquşub, sürücülər xəsarət alıb

Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstanla sərhədi avtomobil yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Yengiyan kənd sakini 1987-ci il təvəllüdlü Dilqəm Məmmədovun idarə etdiyi “Opel Vectra” markalı avtomobillə Əliabad qəsəbə sakini 1987-ci il təvəllüdlü Xəyalə Herovovanın idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil toqquşub.

Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir