Zaqatalada minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

Zaqatalada minik avtomobilləri toqquşub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə saat 11 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun “Naib bulaq” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər Çobankol sakini xəsarət alıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilən yaralıların hazırda müayinəsi aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir