Zaqatalada 6 otaqlı ev yanıb

Zaqatalada 6 otaqlı fərdi yaşayış evi yanıb.

 

Azinformasiya.az xəbər verir ki, yanğın hadisəsi günorta saatlarında rayonun Cimcimax kəndində ümumi sahəsi 200 kv/m olan birmərtəbəli 6 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir