Zaqatalada 34 yaşlı kişi dəm qazından boğularaq ölüb

Zaqatalada 34 yaşlı kişi dəm qazından boğularaq ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində qeydə alınıb. Bakı şəhər sakini 34 yaşlı Sənan Oruc oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında yaşadığı evin hamamında aşkarlanıb.

İlkin məlumata əsasən, S.Məmmədovun dəm qazından boğularaq ölüb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, əslən Aşağı Tala kəndindən olan S. Məmmədov bayramı qeyd etmək üçün ailəsi ilə birlikdə kəndə qonaq gəlibmiş.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir