Zaqatalada bir uşaq anası dəm qazından zəhərlənərək ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə yanvarın 13-ü axşam saatlarında rayonun Yengiyan kəndində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Yengiyan kənd sakini Asiyət Natiq qızı Babayeva yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
A. Babayevanın ölümünün dəqiq səbəbini öyrənmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az