Zaqatalada 24 yaşlı qadın intihar edib.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Gözbarax kəndində qeydə alınıb.
Kənd sakini 24 yaşlı Aygün Əzizovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə tapılıb.
İlkin araşdırma zamanı qadının intihar etdiyi məlum olub. A. Əzizovanın əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az