Ukraynanın Rusiyanın işğalı altında olan Zaporojye Atom Elektrik Stansiyasının (AES) yerləşdiyi ərazidə partlayış səsləri eşidilib.
Azinformasiya.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ərazidəki müşahidəçiləri hadisəni qeydə alıblar.
AEBA-dan verilən məlumata əsasən iyulun 26-27-də də AES-in yerləşdiyi ərazidə partlayış baş verib.
Qeyd edək ki, daha öncə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov obyektin minalandığını və Rusiyanın AES-i partlatmağa hazırlaşdığını bildirmişdi.
Azinformasiya.az