ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı və Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Toni Radakinlə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Qərargah Rəisləri Komitəsinin rəsmi nümayəndəsi Deyv Batler bildirib.
Batlerin sözlərinə əsasən, görüş əsnasında tərəflər Ukraynadakı hərbi əməliyyatların gedişatını müzakirə ediblər və fikir mübadiləsi aparıblar.
Görüşün NATO-nun Avropa üzrə komandanlığının rəhbəri general Kristofer Kavolinin iştirakı ilə videokonfrans formatında baş tutduğu qeyd olunub.
Görüş zamanı baş tutan məsləhətləşmələrin təfərrüatları barədə açıqlama verilməyib.
Azinformasiya.az