Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Qərargahına yeni rəis əvəzi təyin olunub.
Azinformasiya.Az-ın əldə etdiyi məlumata görə, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Əmrə əsasən, qərargahın rəisi vəzifəsinin icrası general-mayor Qədir Nəsibova tapşırılıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yeni strukturuna uyğun olaraq qurumda Maddi-Texniki Təminat Qərargahı fəaliyyət göstərir.