“Zəngəzur dəhlizi bütün bölgə üçün əhəmiyyətli fürsət olacaq”.
Azinformasiya.Az xəbər verir ki, bunu Soçidən rəsmi səfərdən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Burada həyata keçiriləcək quru və dəmir yolu xəttləri bütün bölgə ölkələri üçün ticarət və iqtisadi fürsətlər gətirəcək. Azərbaycan bu dəhliz üçün genişmiqyaslı işlər həyata keçirir. Əlbəttə, Ermənistan tərəfi də öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”, – deyə Ərdoğan qeyd edib.
Ərdoğan, həmçinin əlavə edib ki, bölgə ölkələri üçün təklif etdiyi 6-lı platforma məsələsinə Rusiya Prezidenti Vladimir Putin hər an hazırdır.