Yunanıstanda parlament seçkiləri 21 may tarixində keçiriləcək.
Azinformasiya.az xəbər verir ki, bu haqda məlumatı Yunanıstan Baş naziri Kiriakos Mitsotakis yerli ERT1 televiziya kanalında canlı yayımlanan hökumət iclasındakı çıxışında təsdiqləyib.
“Ümumxalq seçkiləri hazırkı Nazirlər Kabinetinin dörd illik mandatının sonunda, konkret olaraq mayın 21-də keçiriləcək”, – Baş nazir qeyd edib.
Azinformasiya.az