Yunanıstanda meşə yanğınları nəticəsində təxliyə edilənlərin sayı 19 minə yüksəlib

Yunanıstanda Rodos adasında baş verən güclü meşə yanğınları səbəbilə təxliyə edilənlərin sayı 19 minə yüksəlib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Yunanıstan Yanğınsöndürmə İdarəsi məlumat yayıb.

Məlumata əsasən, ölkənin qərbindəki Korfu adasından daha 2500-ə yaxın insan təxliyə edilib. Minlərlə turistin yanğın bölgəsindən qaçmaq üçün qorxu içində gözləməyə davam etdiyi bildirilib.

“Yanğın Asklipio qəsəbəsi yaxınlığındakı Rodosda cənub istiqamətində davam edir. Bunun qarşısını almaq üçün quru qoşunları fəaliyyət göstərir və 2-si Türkiyədən, 1-i Xorvatiyadan olan 8 təyyarə, eləcə də 3-ü Misirdən olan 10 helikopter yanğının geniş ərazisinə vaxtaşırı havadan müdaxilə edəcək”, – məlumatda qeyd olunub.

Rodos merinin müavini Athanasios Vyrinis insanların karton qutularda yatdığını söyləyib və zəruri ehtiyacların çatışmazlığı barədə xəbərdarlıq edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir