Yunanıstanın Rodos adasında beş gündür davam edən meşə yanğınları artıq turistlərin olduğu əraziyə çatıb.
Azinformasiya.az “Haber Global”a istinadən xəbər verir ki, 12 oteldən təxminən 10 min turist təxliyə edilib.
Bundan əlavə, Yunanıstan ordusuna və Sahil Mühafizəsinə aid 3 qayıqla çox sayda turist 2 çimərlikdən təhlükəsiz yerə aparılıb.
Güclü külək və yüksək temperaturun yanğınsöndürənlərin meşə yanğınlarının qarşısını almağa mane olduğu bildirilib.
Azinformasiya.az