Yunanıstan xarici işlər naziri Türkiyəyə səfər edəcək

Sentyabrın 5-də Yunanıstan xarici işlər naziri Yorgo Gerapetritis Türkiyəyə səfər edəcək.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Yorgo Gerapetritisin sentyabrın 5-də Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşmək üçün bu ölkəyə işgüzar səfər edəcəyi bildirilib.

XİN rəhbərləri ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir