Qusarda faciəvi şəkildə vəfat edən yeniyetmənin ölümü ilə bağlı detallar məlum olub.
Azinformasiya.Az xəbər verir ki, 2008-ci il təvəllüdlü Nihad Rüstəmli birgə təhsil aldığı hazırlıq kursunun şagirdləri ilə razılaşaraq Şahdağa səyahətə gediblər.
Laza kəndinin ərazisində piyada yolu ilə qayanın yuxarı hissəsinə çıxan Nihad orada ayağının sürüşməsi nəticəsində yıxılıb və hadisə yerində vəfat edib. Onun selfi çəkdirmək məqsədilə hündürlüyə çıxdığı bildirilir.
Hadisə zamanı N.Rüstəmlidən başqa xəsarət alan şəxs olmayıb. Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.