Yevlaxda mikroavtobus iki qadını vurub, ölən var

Yevlaxda avtomobil iki qadını vurub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Nizami prospektində baş verib.

1991-ci il təvəllüdlü Ruslan Abdullayev idarə etdiyi “Qaz-322132” markalı mikroavtobusla 1962-ci il təvəllüdlü Bəsdi Mirzəyevanı və 1975-ci il təvəllüdlü Səbinə Ələsgərovanı vurub.

Piyadalardan Səbinə Ələsgərova hadisə yerində dünyasını dəyişib, xəsarət alan Bəsdi Mirzəyeva iisə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir