Yevlax şəhərinin Havarlı kəndində yanğın olub.
Azinformasiya.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 54 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları, ona bitişik sahəsi 60 m² olan talvarın atma taxtaları və içərisində “ВАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azinformasiya.az